Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

"Haber Global" II Türkiyə–Azərbaycan İnvestisiya Forumu ilə bağlı videomaterial hazırlayıb-VİDEO

 

Türkiyənin "Haber Global" telekanalı Bakıda keçirilən II Türkiyə–Azərbaycan İnvestisiya Forumu ilə bağlı videomaterial hazırlayıb.

Yenixeber.org xəbər verir ki, videomaterialda tədbirdə iki ölkədən yüksək səviyyəli rəsmilərin iştirak etdikləri qeyd olunub.

Bildirilib ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz iki ölkə arasındakı investisiya əməkdaşlığını inkişaf etdirməyi və ortaq layihələri təşviq etməyi hədəfləyən forumda mühüm mesajlar verib. O, tarixi İpək Yolunu yenidən canlandırmağı hədəfləyən Orta Dəhlizin əhəmiyyətinə diqqət çəkib: "Rusiya-Ukrayna müharibəsi ilə birlikdə Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb. Bu mənada Orta Dəhlizin ən vacib tərkib hissələrindən biri olan Azərbaycanla əlaqələrimiz daha strateji əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin rəqabət gücünü daha yüksək səviyyəyə çatdıracaq".

Türkiyənin ticarət naziri Ömer Bolat isə çıxışında Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin 2016-cı ildən bəri 2,6 milyard ABŞ dollarından 8 milyard ABŞ dollarına yüksəldiyini qeyd edib.

Azərbaycanın Baş naziri Əli Əsədov forumda Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox, Türkiyənin isə Azərbaycana 18 milyard ABŞ dolları investisiya qoyduğunu bildirib.

Sujetdə qeyd olunub ki, II Türkiyə–Azərbaycan İnvestisiya Forumu çərçivəsində Azərbaycan və Türkiyə şirkətləri arasında iki müqavilə imzalanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam