Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Şimşək çaxacaq, yağış yağacaq -Sabah

Şimşək çaxacaq, yağış yağacaq - Sabahın HAVASI

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 26-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 17-20° isti, gündüz 22-26° isti, Bakıda gecə 17-19°, gündüz 23-25° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 26-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və arabir güclənən mülayim xəzri küləyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturugecə 15-20°, gündüz 25-30° isti, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacağı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam