Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Ərdoğan Moskvaya yollandı –İsrailin işğalçılıq siyasəti gündəlikdədir

 

Ərdoğan Moskvaya yollandı – İsrailin işğalçılıq siyasəti gündəlikdədir
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Moskvada rusiyalı həmkarı Vladimir Putinlə iki ölkə arasındakı münasibətləri, eləcə də, Suriya problemini və Colan təpələri ilə bağlı İsrailin işğalçılıq siyasətini müzakirə edəcək.
Yenixeber.org: Bu barədə Ərdoğan özü Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etmək üçün Moskvaya yollanmazdan əvvəl Atatürk hava limanında jurnalistlərə verdiyi açıqlamada deyib.

“Netanyahunun (İsrailin baş naziri) etdiyi hər şey beynəlxalq normalara ziddir. Amma İsrailin arxasında ABŞ dayanıb. ABŞ BMT-nin qərarlarına məhəl qoymur və Colan təpələri üzərində İsrailin suverenliyini tanıyıb. Onların birlikdə Yaxın Şərq üçün hazırladıqlarını qəbul etmək olmaz. Bu, xaosa və region üçün kədərli nəticələrə gətirib çıxaracaq. Biz bu gün Moskvada bu problemi müzakirə edəcəyik” – Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasının gündəliyinə ikitərəfli münasibətlərin bütün aspektlərinin, həmçinin, “S-400” zenit-raket komplekslərinin tədarükü və müştərək enerji layihələrinin icrasının müzakirəsi də daxildir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam