Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

“Yeni və təhlükəli mərhələyə qədəm qoymuşuq” - Erməni ekspert

“Yeni və təhlükəli mərhələyə qədəm qoymuşuq” - Erməni ekspert
Ermənistan parlamentinin aparat rəhbərinin sabiq müavini Arsen Babayana qarşı başladılan proses siyasi motivlidir.
Yenixeber.org: Bunu "tert.am"a “Parlamentarizmin İnkişafı” Beynəlxalq Mərkəzinin icraçı direktoru, konstitusiya hüququ üzrə ekspert Qoar Meloyan Babayana qarşı irəli sürülən ittihamlardan danışarkən deyib.

Erməni ekspertin sözlərinə görə, Cinayət Məcəlləsinin 314-cü maddəsi əsasında işə başlanmamalı idi, çünki Arsen Babayanın bu əməli törətdiyi sübut olunsa belə, yenə də cəzalandırılmayacaq.

Cinayət işinin niyə açıldığına gəlincə, Meloyan deyib ki, bu, siyasi prosesin bir hissəsidir: “Aydın məsələdir ki, Konstitusiya Məhkəməsi ətrafındakı bir sıra mərhələlər növbə ilə tükəndi, biz hüquq mühafizə orqanlarının əməkdaşlarının cəlb olunduğu yeni və ən təhlükəli bir mərhələyə qədəm qoymuşuq. Əsassız cinayət işinin açıldığı vəziyyətə gəldik və bu cür səhlənkarlıqla bir nəfər həbs olundu. Deyə bilərik ki, bu gün Arsen Babayan siyasi məhbus statusunu alır".

Meloyanın sözlərinə görə, A.Babayana qarşı siyasi təqiblər aparılır: “Biz Babayanın vəziyyətində siyasi təqiblərin şahidiyik”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam