Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

YAP ümumrespublika müşavirəsi keçirdi

 

 

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibliyində partiyanın rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

Yenixeber.org: Müşavirədə çıxış edən Baş nazirin və YAP sədrinin müavini - icra katibi Əli Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafının uğurla davam etdiyini bildirib. Ə.Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası və onun fəalları qazanılan uğurların cəmiyyətimizdə təbliği baxımından aktiv fəaliyyət göstərir.

YAP sədrinin müavini partiyanın rayon təşkilatlarının seçki kampaniyasının uğurla keçirilməsi üçün öz işlərini yaxşı təşkil etdiklərini diqqətə çatdırıb. Belə ki, seçki kampaniyaları zamanı rayon təşkilatları öz resurslarını tam səfərbər ediblər. Eləcə də, bu prosesdə gənclər və partiyanın könüllülərinin fəallığı xüsusi qeyd olunmalıdır.

Əli Əhmədov qeyd edib ki, seçki kampaniyaları zamanı Prezident İlham Əliyevin siyasətinin uğurları, əldə olunan nailiyyətlər bir daha əhali arasında geniş təbliğ olunub. O qeyd edib ki, YAP bu seçki kampaniyalarını uğurla keçirməklə bir daha özünün cəmiyyətdəki nüfuzunu və rolunu təsdiq etmiş olub.

Ə.Əhmədov müşavirədə həmçinin qarşıda duran vəzifələrdən də danışıb.

Tədbirdə partiyanın rayon və şəhər təşkilatlarının rəhbərlərinə qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam