Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Administrasiyada - yeni şöbə yaradılıb

Administrasiyada yeni şöbə yaradılıb

Azərbaycan Prezident Administrasiyasında parlamentlə bağlı xüsusi şöbə yaradılıb.

Yenixeber.org: Bu barədə altıncı çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev deyib.  

“Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı”, - deyə Prezident bildirib.

Ölkə başçısı qeyd edib ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar.

“Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda, əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir.

Ona görə hesab edirəm ki, bütövlükdə, - əlbəttə, bu, vaxt aparacaq, amma hər halda bunu etmək lazımdır, - biz qanunvericilik bazamızı təftiş etməliyik”, - deyə İlham Əliyev əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam