Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Belçika şahzadəsi Esmeralda Londonda həbs edilib - Səbəb

Britaniya polisi “Extinction Rebellion” radikal ekoloji fəallar qrupunun Londondakı Trafalqar meydanında keçirdiyi “oturaq tətil” zamanı Belçika şahzadəsi Esmeraldanı həbs edib.

Yenixeber.org: Belçika Kralı Albertin ögey bacısı, mərhum Kral III Leopoldun və onun ikinci arvadı Lilianın qızı olan 63 yaşlı Belçika şahzadəsi Esmeraldanı aksiyanın digər saxlanılmış iştirakçıları ilə birlikdə polis furqonuna mindirib yaxınlıqdakı polis məntəqəsinə aparıblar. Şahzadəni orada 5 saat sorğu-sual edəndən sonra buraxıblar.

Şahzadə Esmeralda Belçika KİV-lərinə verdiyi müsahibədə bildirib ki, iqlim dəyişmələrinin qarşısının alınması məsələsində hakimiyyət orqanlarının fəaliyyətsizliyinə qarşı etirazını bildirməkdə davam etmək niyyətindədir. Şahzadə öz Twitter səhifəsində yazıb: “İqlimlə bağlı fövqəladə vəziyyətdə təcili tədbirlər görülməsi üçün biz hamımız hökumətlərə təzyiq göstərməliyik”.

Keçən həftə “Extinction Rebellion” qrupunun fəalları London da daxil olmaqla dünyanın bir sıra şəhərlərində “oturaq tətillər” keçiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam