Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Təbrizdə tələbələrin kütləvi aksiyası olub- VİDEO

Təbrizdə tələbələr etiraz etdilər – VİDEO

Təbriz Tibb Universitetinin tələbələri aprelin 27-də hicaba nəzarət qüvvələrinin yaradılmasına, həmçinin hökumətə bağlı “Bəsic” güclərinin tələbələrə təzyiq və müdaxilə etməsinə etiraz olaraq mitinq təşkil ediblər.

Yenixeber.org: Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Narazı tələbələr universitetin mühafizəçilərinə və “Bəsic” qüvvələrinə: “Mühafizəçilər, qorxun, biz birik!” – deyə şüarlar səsləndiriblər.

Məlumata görə, dünən səhər saatlarında universitetin mühafizəçiləri qızlar yataqxanasında hicaba nəzarət qüvvələri yaradıblar. Onlar universitetin tələbələrinə təzyiq göstərib, qızlara qarşı nalayiq davranışlar sərgiləyib  və onları təhqir ediblər.

Bundan sonra tələbələr etiraz aksiyasına başlayıblar.

Xatırladaq ki, ötən bazar günü Tehranda Elm və Texnologiya Universitetinin tələbələri də universitetdə hicaba nəzarət-patrul qüvvələrinin təzyiqlərinə etiraz olaraq aksiya keçirmişdilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam