Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Rəşad Hüseynov direktor təyin olundu- FOTO

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi Publik Hüquqi Şəxsin rəhbərliyində dəyişiklik olub.

Yenixeber.org-un məlumatına görə, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru vəzifəsinə Rəşad Hüseynov təyin edilib.

O bu vəzifədə Firdovsi Fikrətzadəni əvəzləyəcək. 2019-cu ildən ATM-ə rəhbərlik etmiş Firdovsi Fikrətzadə bu il iyunun 10-da öz ərizəsi ilə işdən azad olunub.

Qeyd edək ki, Aqrar Tədqiqatlar Mərkəzinin yeni rəhbəri Rəşad Hüseynov buna qədər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini vəzifəsində çalışıb. Azərbaycan Dövlət Aqrar Universitetində ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr təhsili almış Rəşad Hüseynov Almaniyanın Weinhenstephan Triestdorf Tətbiqi Elmlər Universitetində biznesin idarıə edilməsi üzrə, Bonn Universitetində isə Qida və resursların iqtisadiyyatı üzrə magistr dərəcəsi alıb. 2010-2015-ci ildə Bonn Universitetində doktorluq işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi ünvanı alıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam