Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bu vitaminin çatışmazlığı çəki artımına səbəb olurmuş

 

Alimlər müəyyən ediblər ki, artıq çəkili insanlar kifayət qədər C vitamini qəbul etmirlər.

Yenixeber.org xəbər verir ki, Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri insanlarda C vitamini çatışmazlığının çəki artımı ilə əhəmiyyətli dərəcədə əlaqəli olduğunu müəyyən ediblər.

Onların fikrincə, artıq çəki varsa, sağlamlığı qorumaq üçün pəhrizdə C vitamininin miqdarı artırılmalıdır.

Tədqiqatın nəticələri “Critical Reviews in Food Science and Nutrition” jurnalında dərc olunub.

Alimlər irəli sürüblər ki, piylənmə oksidləşdirici stressi artıran aşağı dərəcəli iltihabı çoxaldaraq C vitamininin mübadiləsini (və onun orqanizmdən xaric olmasını) sürətləndirə bilər.

Məlumata görə, piylənmə 2-ci tip diabet və alkoqolsuz yağlı qaraciyər xəstəliyinin inkişaf riskini də artırır. Bu xəstəliklərin hər ikisi C vitamini səviyyəsinin azalması ilə xarakterizə olunur.

Yeni Zelandiyada hazırda Ümumdünya Səhiyyə Təşkilatının C vitamini üçün gündəlik tövsiyəsi 45 mq-dır. Bu, dünyada ən aşağı gündəlik dozalardan biridir. Alimlərin fikrincə, bu məbləğ artıq çəkili insanlar üçün kifayət etməyə bilər.

Tədqiqatçılar çəkisi 70 kq olan insanın hər 10 kq artıq çəki üçün əlavə olaraq 17-22 mq C vitamini almasını tövsiyə edirlər.(Medicina)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam