Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Naxçıvana aviabiletləri rəqəmsal şəxsiyyət vəsiqəsi ilə almaq mümkün oldu

22 iyul 2024-cü il, Bakı–Azərbaycanın milli aviadaşıyıcısı AZAL İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq çərçivəsində Naxçıvana səyahət edən vətəndaşlar üçün yeni imkan təqdim edir.

Yenixeber.org xəbər verir ki, sərnişinlər AZAL-ın Bakıdakı kassalarında “mygov” tətbiqi vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edərək Naxçıvana aviabilet əldə edə bilərlər.

Yeni imkan yaxın gələcəkdə AZAL-ın Naxçıvandakı kassalarında da tətbiq olunacaq.

Artıq sərnişinlərdən aviabilet alarkən fiziki olaraq şəxsiyyət vəsiqələrini daşımaq tələb olunmur. Şəxsiyyəti təsdiq edən lazımi məlumatlar “mygov” tətbiqi üzərindən təqdim edilə bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.  

Bu yenilik bilet alışı prosesini asanlaşdıracaq və müasir rəqəmsal dünyada məlumat təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam