Sumqayıt şəhərlərində hərbi orkestrlərin müşayiəti ilə 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş yürüş keçirilib.
Yenixeberorg.az: Yürüş Bulvar küçəsindən başlayıb. Yürüş zamanı Azərbaycan Dövlət Hərbi Orkestrinin ifasında milli və vətənpərvərlik ruhlu musiqilər səsləndirilib. Hərbi marşların müşayiəti ilə hərəkət edən hərbçilərin təntənəli keçidi şəhər sakinləri tərəfindən böyük maraqla izlənilib.
Sakinlər hərbi qulluqçuları alqışlarla qarşılayıb, tədbir ərazisində bayram əhvali-ruhiyyəsi yaşanıb. Təntənəli yürüş Azərbaycan Ordusunun qüdrətini, xalqın birliyini və tarixi Zəfərin qürurunu bir daha nümayiş etdirib.











AZ
RU