Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Nazir restoranlardakı qiymətlərdən danışdı

Nazir restoranlardakı qiymətlərdən danışdı

 

"Restoranlara gələn insanlara yerli sakin və xarici olmasından asılı olmayaraq, bir menyu əsasında qiymətlər olmalıdır".

Yenixeber.org: Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Günü ilə əlaqədar bu gün keçirdiyi konfransda deyib.

Onun sözlərinə görə, bir menyu qiymətlərini tətbiq etməyənlərə qarşı müvafiq orqanlar tərəfindən tədbirlər görülməlidir: "Yol kənarlarında yeni, müasir tipli restotonlar yaradılıb. "Azəravtoyol"la danışıqlar aparılıb. Yolboyu bir necə yerdə mədəni xidmətlərin, o cümlədən sanitar qovşaqlarının yaradılması müzakirə edilib. Bunun mərkəzləşdirilmiş şəkildə olması plan kimi bizim qarşımızda durub. Eyni zamanda, sahibkarlar da bunu fikirləşməlidirlər".

Nazir qeyd edib ki, Azərbaycan 3,5 milyion turisti qəbul etmək iqtidarındadır: "Yeni tədbirlərin keçirilməsi bu tələbatı artıracaq. Sərmayəçi turizm müəssisəsi inşa edə bilər, amma orda çalışan insanların hazırlıq səviyyəsi bizim diqqət mərkəzimizdə olmalıdır. Biz bu rəqəmlərin çoxlamasına diqqət etməliyik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam