Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Ərdoğan Moskva razılaşmasından danışdı

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsində atəşkəsin təmin edilməsindən danışıb. 

Yenixeber.org: “Anadolu”unun məlumatına görə, dövlət başçısı bildirib ki, Suriyadakı hadisələrin Rusiya ilə Türkiyə arasındakı ikitərəfli münasibətlərə mənfi təsir etməməlidir. "Ona görə də bu gün önəmli bir addım atdıq və atəşkəsə razılaşdıq. Həmin razılaşmadakı üç maddə önəmlidir. Atəşkəs bizə bir neçə sahədə dividentlər verəcək. Birincisi, ölkəmizin hüdudları rejim və terror hücumlarından daha təhlükəsiz vəziyyətə gətirilir. İkincisi, İdlib bölgəsində həyatın stabilləşməsi və normallaşmasına zəmin yaranır. Üçüncüsü, orada olan hərbçilərimizin təhlükəsizliyi təmin edilir. Dördüncüsü isə mülki şəxslərin qorunması üçün önəmli bir addım atılmış oldu", - o deyib.

Ərdoğan vurğulayıb ki, Türkiyə atəşkəsin nəzarət altında saxlanılması üçün Rusiya ilə təmasda olacaq: "Məqsədimiz Suriyada BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsindəki Suriyadakı vətəndaş müharibəsinə son qoymaqdır. Buraya gələrkən məqsədimiz atəşkəsi təmin etmək idi və bunu edə bildik. Bununla belə, rejimin hər cür hücumlarına hazır vəziyyətdə olacağıq. Bu məsələdəki qətiyyətimizi son bir həftədə rejimə göstərmişik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam