Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Nobel Arustamyana qadağa onun milliyətinə görə yox -hərəkətinə görə verilib

Nobel Arustamyana qadağa onun milliyətinə görə yox, hərəkətinə görə verilib

“Bir neçə gündən sonra bütün dünyanın diqqəti Azərbaycana - Bakıda keçiriləcək Avro-2020 oyunlarına yönələcək. Son günlər müzakirə predmetinə çevrilən məsələ Rusiyanın “Matç TV” kanalının şərhçisi Nobel Arustamyanın Bakıda keçiriləcək oyunları izləyə bilməsi üçün akkreditasiya ala bilməməsidir. Halbuki bu qadağa onun etnik mənşəyinə görə deyil, Azərbaycan qanunlarını pozduğuna görə qoyulub”.

Yenixeber.org: Bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Cavid Osmanov erməni jurnalistin Bakıya gələ bilməməsini şərh edərkən deyib.

Cavid Osmanov

Deputat bildirib ki, o, vaxtilə Dağlıq Qarabağ Ermənistanın işğalı altında olduğu dövrdə N.Arustamyan dəfələrlə bu ərazilərə icazəsiz səfər edib, oradan şəkillər paylaşıb: “Həmin dövrdə onun adı Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına daxil edildi və belə şəxslər Azərbaycana buraxılmırdı”.

C.Osmanov xatırladıb qeyd edib ki, Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə erməni əsilli şəxslərin iştirakı və təhlükəsizliyi təmin olunub: “Bu məsələ hər zaman beynəlxalq hüquq və qanunlar çərçivəsində həll olunub”.

Qeyd edək ki, qaydalara görə UEFA akkreditasiyanı bir jurnalistə təşkilatçı ölkələrin hamısının razılığı olduqdan sonra verir. Əgər təşkilatçı olan hansısa ölkə jurnalistə akkreditasiya verməkdən imtina edirsə, o zaman qitə futbol qurumu həmin jurnalisti qeydiyyata almır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam