Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Tramp: Bayden seçkilərdə geri çəkilirsə, ölkəni də idarə edə bilməz

 

ABŞ Prezidenti Cozef Bayden seçkilərdə geri çəkilirsə, ölkəni də idarə edə bilməz.

Yenixeber.org xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş lideri Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“İndi ölkəmizi kim idarə edir? Co (Bayden-red) harada olduğunu bilmir, ona görə də o, ölkəni idarə edə bilməz”, - Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Donald Trampın namizədliyi Respublikaçılar Partiyasının iyulun 15-də başlayan və 4 gün davam edən milli qurultayında təsdiqlənib. ABŞ Prezidenti Cozef Bayden isə prezidentlik yarışından geri çəkilib. O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib. Bundan sonra Bayden Demokratlar Partiyasından ABŞ lideri postuna namizəd kimi Kamala Harrisi dəstəkləyib.

Namizədlə bağlı yekun qərar Demokrat Partiyasının avqustun 19-dan 22-dək Çikaqoda keçiriləcək qurultayında veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam